Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı öz “İnstagram” hesabında yazıb:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir.
Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!”
Посмотреть эту публикацию в Instagram
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinə dair videoçarx
- Xankəndidə tarixi gün: Yenilənmiş stadionda ilk rəsmi oyun başa çatdı - Video
- Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - Foto/Video
- Paşinyan: "İlham Əliyevlə Dublində sülhün təminatları barədə danışdıq"
- Vyetnamdan Avropaya yükdaşımalarında Azərbaycanın rolu
Digər xəbərlər