Türkiyənin Şişli rayonunun Nişantaşı istiqamətində yerləşən Suriya konsulluğunun binasına müxalif qüvvələrin təsis etdiyi yeni bayraq asılıb.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
Məlumata görə, müxaliflərin Dəməşqə daxil olmasından sonra dekabrın 9-da Şişlidəki Suriya Konsulluğunun binasında qırmızı, ağ və qara rənglərdə olan, iki yaşıl ulduzlu rejimin bayrağı endirilib və binanın balkonundan üzərində "Azad Suriya" yazılmış yeni - yaşıl, ağ və qara rənglərdən ibarət üç qırmızı ulduzlu bayraq asılıb.
Moskva şəhərində yerləşən Suriya səfirliyinin binasında Suriya müxalifətinin istifadə etdiyi bayraq qaldırılıb.
Oxu.Az bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.
Qeyd edək ki, dünən Suriyanın Moskvadakı səfirliyinin binasından bayraq və diplomatik missiyanın adı yazılmış lövhə götürülmüşdü.