Ukraynanın Tailanddakı səfiri Andrey Beşta vəfat edib.
Bu barədə ölkə prezidenti Vladimir Zelenski özünün “Twitter” səhifəsində məlumat paylaşıb.
Hadisənin dünən gecə saatlarında baş verdiyi bildirilib. 45 yaşlı diplomatın cəsədi Lipe adasındakı hoteldə aşkar olunub.
Tailand polisi və Ukrayna DİN-in ilkin məlumatlarına görə, səfirin ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
Жахлива новина. Вночі обірвалося життя Посла України в Таїланді Андрія Бешти. Він був доброзичливою людиною та високопрофесійним дипломатом, який віддано служив інтересам нашої держави. Висловлюю щирі співчуття його родині та близьким. pic.twitter.com/YOfLP8s5h1
— Володимир Зеленський (@ZelenskyyUa) May 30, 2021