Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tallində turistlərə vergi tətbiqi təklif olunur
Tallin şəhər şurasının sədri Mixail Kılvart hesab edir ki, Estoniya paytaxtına gələn turistlərə xüsusi vergi tətbiq edilməlidir.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Kılvart bu təklifini Tallin şəhər şurasının payız sessiyasının açılış iclasında səsləndirib.
Onun sözlərinə görə, turizm Tallinin iqtisadi seqmentinin əsas hissəsidir və şəhər həmişə turizm markentinginə maliyyə ayırır:
“Əgər hər bir turist oteldə qaldığı hər günə görə 1 avro ödəsə, şəhər illik əlavə 2,8 milyon avro qazanc əldə edəcək”.
O qeyd edib ki, Tallin turistlər üçün getdikcə daha cəlbedici olur.
Ən çox oxunanlar
Rəylər