“Oscar” mükafatlı ABŞ aktyoru Philip Seymour Hoffman dünyasını dəyişib.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, onun meyiti Nyu-Yorkdakı 4 mərtəbəli evində tapılıb.
Polisin məlumatına görə, aktyorun meyiti hamam otağında aşkarlanıb və bu zaman onun əlində şpris olub.
Güman olunur ki, Hoffman narkotik maddənin həddən artıq qəbuluna görə ölüb.
Qeyd edək ki, 8 il əvvəl Hoffman “Capote” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar” mükafatına layiq görülmüşdü.