Futzal üzrə Avropa çempionatının final mərhələsində çıxış edən Azərbaycan millisi “C” qrupunda ikinci oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, turnirin əsas favoriti sayılan İtaliya ilə qarşılaşan yığmamız böyük hesabla (7:0) məğlubiyyətə uğrayıb.
Təəssüf ki, millimizin heyəti diqqətini toplaya bilməyib və nəticədə hətta italyanların qapıçısı da topu qapımızdan keçirib.
Bu məğlubiyyətdən sonra millimiz çempionatı tərk edib.