Gəncənin Gülüstan qəsəbəsi ilə Göygöl rayonunu birləşdirən 7 kilometr uzunluğundakı magistral yol yenidən qurulur.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, yolun eni iki dəfəyədək genişləndirilir, kənarları abadlaşdırılır, yeni səkilər salınır, işıqlandırma sistemi dəyişdirilir.
Hazırda yola asfalt döşənir.
İşlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulmayıb.