Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq ağaca çırpılıb.
Oxu.Az xəbər verir ki, APA-nın “Sky News”-a istinadən məlumatına görə, qəza Karatu rayonunda qeydə alınıb.
Polisin məlumatına görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Məlumata görə, ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır.
Qəzanın səbəbləri araşdırılır.
T.T.