35 yaşlı “qanuni oğru” (“vor zakon”) Georgi Zarandiya (daha çox Giya Qalski kimi tanınır – red.) məşhur müğənni və aktrisa Yuliya Volkova – “TaTu” qrupunun keçmiş solisti ilə ailə həyatı qurub.
Oxu.Az “Praym Kraym”a istinadən xəbər verir ki, “gənclər” bir neçə aydır ki, münasibətlərini gizlətmirdilər və artıq uşaq gözləyirlər. Məlum olduğu kimi, Giya Zarandiya Kardava qardaşlarının sağ qalmış azsaylı tərəfdarlarından biridir.