Türkiyənin Diyarbakır şəhərində HDP (Xalqların Demokratik Partiyası) nümayişində bir-birinin ardınca baş verən iki partlayış nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, partlayışlardan dərhal sonra HDP-nin nümayişi dayandırılıb.
Türkiyə baş naziri Əhməd Davudoğlu insidentin səbəbinin araşdırılacağını və hücum olduğu təqdirdə günahkarların tapılacağını bəyan edib. Baş nazir həmçinin Türkiyə vətəndaşlarını, xüsusilə də Diyarbakır sakinlərini hər cür təxribata uymamağa çağırıb.
İlkin məlumata görə, partlayışa yol kənarında yerləşən transformatorda elektrik qısa qapanması səbəb olub.
Hadisənin təfərrüatları araşdırılır.