Səddam Hüseynin silahdaşı, İraqın keçmiş vitse-prezidenti və xarici işlər naziri Tarik Əziz həbsxanada vəfat edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, infarkt keçirmiş 79 yaşlı T.Əziz Nasiriya hospitalında dünyasını dəyişib.
Qeyd edək ki, Tarik Əziz 1974-1977-ci illərdə informasiya naziri, 1983-1991-ci illərdə xarici işlər naziri, 1979-2003-cü illərdə baş nazirin müavini postlarını tutmuşdu. O, Səddam Hüseyn hökumətində yeganə xristian idi.
2010-cu ildə Tarik Əzizə ölüm cəzasına məhkum olunmuşdu. Lakin prezident Cəlal Talabani qərara imza atmayaraq, faktiki olaraq Əzizi əfv etmişdi. Bir il sonra isə İraq Ali Məhkəməsi Tarik Əzizi ömürlük həbs cəzasına məhkum etmişdi.