“Bəzi Kütləvi İnformasiya Vasitələrində Sumqayıtdakı “Karvan” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumatlar həqiqəti əks etdirmir”.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
Məlumata görə, “Karvan” Ticarət Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.
21:36
Sumqayıtda yerləşən “Karvan” ticarət mərkəzi yenidən yanır.
Oxu.Az xəbər verir ki, bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat verib.
Bildirilir ki, ticarət mərkəzində təmir işləri gedirdi. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Xatırladaq ki, “Karvan" ticarət mərkəzi bundan əvvəl də bir neçə yanıb.