2012-2015-ci illərdə SOCAR-a məxsus Kulevi neft terminal nəzdində maye neft qazının (LPG) qəbulu və daşınması terminalı vasitəsilə 48,53 min ton maye qaz daşınıb.
Bu barədə Oxu.Az -a terminaldan məlumat verilib.
Terminaldan bildirilir ki, istifadəyə verildiyi 2012-ci ildən etibarən LPG-terminal vasitəsilə 37.541 min ton propilen və 10. 989 min ton butilen-butadiyen fraksiyası daşınıb.
Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstan Respublikasının Xobi regionunda, Qara dəniz sahilində yerləşir.
Terminalın 2006-cı ildə alınması və 2008-ci ildə tikintisinin başa çatdırılması, SOCAR-ın Gürcüstan ərazisindəki ən əhəmiyyətli investisiya yatırımlarından biridir.
Kulevi neft terminalı və limanı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub.
Ülviyyə R. Əli
www.oxu.az