Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Taxıl dəhlizinin yeni təfərrüatları məlum oldu
İyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında imzalanmış taxıl dəhlizi üzrə razılaşmanın iş mexanizminin bəzi yeni təfərrüatları məlum olub.
Məlumata görə, Ukraynadan taxıl və kənd təsərrüfatı məhsullarının daşınmasına bütün nəzarət prosesi Türkiyə Müdafiə Nazirliyinin Universitetində yaradılmış müştərək koordinasiya mərkəzindən həyata keçiriləcək. Mərkəz İstanbulun Avropa hissəsində, Bosfor boğazı sahilindəki Levent səmtində yerləşir.
Mərkəzdə Türkiyə, Rusiya və Ukraynadan polkovnik və ya general rütbəsi olan hərbi qulluqçular çalışır. Orada BMT nümayəndələri də var.
Türkiyə Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın ötən şənbə günü dediyi kimi, “dördlük” nümayəndələrinin artıq işə başladığı mərkəzin işçi heyətinin sayı açıqlanmır.
Bildirilir ki, kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan bütün ticarət gəmiləri İstanbul mərkəzində qeydiyyatdan keçəcək, onlardan daşınan malların xarakteri barədə məlumat vermələri tələb olunacaq.
Ukraynanın üç limanından (Odessa, Yujnı və Çernomorsk) daşınma marşrutlarının təhlükəsizliyinə nəzarət gecə-gündüz həyata keçiriləcək. Lazım gələrsə, bu məqsədlər üçün pilotsuz təyyarələr cəlb olunacaq. Ticarət gəmiləri hərbi müşayiətlə təmin edilməyəcək. Ticarət gəmilərinə nəzarət həm Ukrayna limanlarından çıxışda, həm də onlar Ukraynaya doğru hərəkət edərkən Türkiyənin ərazi sularında həyata keçiriləcək. Bu yolla Ukraynaya “arzuolunmaz yüklərin” çatdırılmasının qarşısı alınacaq.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad
Rəylər