İlkin ehtimala görə, 30 yaşlı kişi H1N1 virusundan dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, ölən şəxsin ailə üzvlərinin və yaxınlarının sözlərinə görə, o, “donuz qripi”nin fəsadları ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti ağır olub.
Xəstəliklərə nəzarət üzrə milli mərkəzdən İPN xəbər agentliyinə verilən məlumata görə, hələlik “donuz qripi”ndən yeni ölüm halı qeydə alınmayıb və bu, laboratoriyada təsdiq olunmalıdır.
Rəsmi təsdiq olunmuş məlumata əsasən, Gürcüstanda H1N1 virusundan artıq 20 nəfər dünyasını dəyişib.