Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ölənlərin sayı dörd nəfərə çatıb.
Daha üç zərərçəkən yanıq mərkəzinə aparılıb. Həkimlərin sözlərinə görə, partlayış nəticəsində xəsarət alanlardan biri reanimasiyada, ikisi cərrahiyyə palatasındadır.
14:00
Gürcüstanın paytaxtı Tbilisidə atıcılıq mərkəzində partlayış baş verib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Boçormi küçəsindəki atıcılıq mərkəzində qara tüstü görünüb.
Hadisə yerinə polislər cəlb olunublar.
Daxili İşlər Nazirliyinin ilkin məlumatına görə, insident nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.