Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Osman Nurmaqomedov: “Olimpiadada bir neçə qızıl medal qazanmağa çalışacağıq”
“Olimpiadada bir yox, bir neçə qızıl medal qazanmağa çalışacağıq”.
“Report”un məlumatına görə, bunu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edən Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov (86 kq) jurnalistlərə açıqlamasında deyib.
Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində finala yüksələrək olimpiadada iştirak hüququna yiyələnən 25 yaşlı idmançı doğma arenada qələbə qazandığı üçün sevincini gizlətməyib:
“Yeddi-səkkiz ildir Azərbaycanda yaşayıram. Bütün məşqçilərimə təşəkkürümü bildirirəm. Doğma meydanda qalib gəldiyim üçün çox şadam”.
Güləşçi komanda yoldaşlarının da bu gün uğurlu çıxış etdiklərini söyləyib:
“Komandamız bu gün dörd lisenziya qazanmaqla çox yaxşı formada olduğunu göstərdi. Qarşıda isə bizi olimpiada gözləyir. Artıq Parisdəki mötəbər yarışa hazırlaşacağıq”.
O.Nurmaqomedov Fransada təşkil ediləcək olimpiadadakı əsas rəqibini də açıqlayıb:
“Olimpiadada əsas rəqibim ABŞ-li David Teylordur. Mənim çəki dərəcəmdə çoxlu çempionlar var, amma qalib olmaq istəyirəm. İstənilən rəqibə qalib gəlmək mümkündür”.