Tbilisinin mərkəzində Kür çayına düşən avtomobil tapılaraq sudan çıxarılıb.
Qeyd olunur ki, sudan çıxarılan “Toyota” markalı minik avtomobilinin salonunda sürücünün cansız bədəni aşkar edilib.
Lakin şahidlər ehtimal edirlər ki, avtomobildə sürücüdən başqa sərnişinlər də olub.
Hadisənin digər təfərrüatları barədə hələlik məlumat verilmir.
10:30
Gürcüstanın paytaxtı Tbilisidə yol-nəqliyyat hadisəsi baş verib.
İçində bir neçə nəfərin olduğu minik avtomobili Kür çayına düşüb.
Hazırda Kür çayında axtarış-xilasetmə işləri aparılır.
Xilasedicilər hələ ki avtomobili sudan çıxara bilməyiblər.
Mənbə: Sputnik Gürcüstan