Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 8-ə çatıb.
Georgia Online xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri David Serqeyenko bildirib.
O deyib ki, xəsarət alanların vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onlardan ikisinin tənəffüs yolları yanıb.
Xəsarət alanların arasında 7 aylıq körpə də var.
13.40
Tbilisidə yaşayış binasında güclü partlayış baş verib.
Georgia Online portalının məlumatına görə, nəticədə üç nəfər xəsarət alıb.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib.
Ehtimal edilir ki, partlayışa qaz sızması səbəb olub.
Hadisə yerində 10 xilasetmə briqadası işləyir. Partlayış nəticəsində binanın bir hissəsi uçub.