Tbilisinin Saburtalo rayonunun Kavtaradze küçəsində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, partlayışa qaz sızması səbəb olub. Partlayış nəticəsində yanğın baş verib. Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilir.
Yanğınsöndürmə və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.
İ.F.