Gürcüstan Kilsəsinin əsas məbədi olan Tbilisidəki Tsminda Samebada (Müqəddəs Üçlük) yanğın baş verib.
Oxu.Az xarici KİV-ə istinadən məlumatına görə, ondan çox yanğın briqadası məbəddə yanğının söndürülməsinə cəlb olunub.
Yanğın aşağı mərtəbədən başlayıb. Yanğın zamanı xəsarət alan olmayıb, məbəddəki insanlar evakuasiya edilib.
Sputnik agentliyinin xəbərinə görə, hal-hazırda yanğınsöndürənlər yanğını lokallaşdırmağım bacarıblar.