Şərqi Azərbaycan əyalətinin İnqilab Prokurorluğu Təbriz şəhərində itlərin küçədə gəzdirilməsinin qadağan edildiyini bildirib.
"Azad Iran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.
Sözügedən əyalətin prokuroru Bəbək Məhbub Əlili deyib ki, Təbriz Bələdiyyəsindən gəzinti yerlərində, parklarda və nəqliyyatda itlərin gəzdirilməsini qadağan edən nişanların quraşdırılması tələb olunub.
"Prokurorluq bu problemlə mübarizədə məsul qurumların qanuni addımlarına lazımi dəstək verəcək və qurumlar tərəfindən istənilən itaətsizliyə qarşı mübarizə aparılacaq", - deyə prokuror vurğulayıb.