Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tehran metrosunda iki qatar toqquşub, onlarla insan yaralanıb – FOTO
Tehran metrosunda iki qatarın toqquşması nəticəsində ən azı 48 nəfər xəsarət alıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti İranın dövlət televiziyasına istinadən məlumat yayıb.
Metropolitenin mətbuat katibi Ehsan Mokaddam bildirib ki, şəhərin qərbində tuneldən çıxan qatar Taraşt stansiyasında dayanan digər qatara çırpılıb. İnsident yerli vaxtla saat 18:15-də baş verib.
Telekanalın məlumatına görə, xəsarət alanlar şəhərin üç xəstəxanasına çatdırılıblar.
S.B.
www.oxu.az
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar