"Amerika və İsrail atəşkəslə yenidən güc yığmağa çalışır".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bu sözləri Tehran Universitetinin Hüquq və Siyasi Elmlər Fakültəsinin professoru İbrahim Müttəqi televiziyada çıxışında deyib.
İbrahim Müttəqi sözünün davamında İsrailin bir həftə ərzində yenidən İrana hücum edəcəyini bildirib.
"Birincisi, qəfil həmlələr, ikinci addım isə dağıdıcı əməliyyatlar olacaq", - deyə Tehran Universitetinin professoru vurğulayıb.