Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İranda öldürülən hakimlərlə bağlı yeni DETAL: Terrorçuların işlərinə baxırmışlar
Bu gün səhər saatlarında Tehranda Ali Məhkəmədə sui-qəsdə məruz qalan hakimlər milli təhlükəsizliyə qarşı cinayətlər, casusluq və terrorizmdə şübhəli bilinənlərin işlərinə baxırdılar.
Oxu.Az xəbər verir ki, bu barədə "Donya-e-eqtesad" nəşri məlumat yayıb.
Bildirilir ki, qətlə yetirilən Höccətül-islam Razini Ali Məhkəmədə 39-cu şöbənin, Höccətül-islam Muqəyyəsə isə 53-cü şöbənin rəhbərləri olub.
Qeyd edək ki, atışma zamanı Miri adlı daha bir hakim və bir cangüdən yaralanıb. Onların vəziyyəti barədə məlumat verilmir.
İlkin araşdırmalara görə, qatil nə məhkəmədə cinayət işi olan, nə də şikayətçi statusunda olan bir şəxs imiş.
Yeri gəlmişkən, hakim Raziniyə qarşı bundan əvvəl də sui-qəsd cəhdi olub. Həmin vaxt o yaralanmışdı.
Hökumət baş verənləri terror aktı kimi qiymətləndirir.

Bu gün İranın paytaxtında, Tehran Ədalət Sarayında dəhşətli hadisə baş verib. Naməlum silahlı şəxs məhkəmə binasında olan üç hakimə atəş açıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Iscanews" xəbər yayıb.
Bildirilir ki, hadisə yerinə toplaşan şahidlər hücumçunun məhz hakimləri hədəf aldığını deyiblər.
Nəticədə iki hakim həyatını itirib, digəri isə yaralanıb.
Hadisədən sonra hücum edən şəxs özünü öldürüb.
Hazırda hadisənin təfərrüatı araşdırılır. Məhkəmə binası polis tərəfindən mühasirəyə alınıb və ərazidə geniş təhlükəsizlik tədbirləri görülür.
"İran" teqi üzrə xəbərlər
- Ukrayna tərəfindən zərərsizləşdirilən İran dronu ABŞ-də nümayiş etdiriləcək
- İranın parlament sədri: "Azərbaycanla ticarət dövriyyəsinin həcmini 5 milyard dollara çatdırmalıyıq"
- Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb
- Asiya Parlament Assambleyasının növbəti illər üçün sədrləri seçilib
- "Gələn il Asiya Parlament Assambleyasına Bəhreyn, 2027-2028-ci illərdə isə İran sədrlik edəcək"