Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xəzər rayonunda istixanadan oğurluq etməkdə şübhəli bilinən üç nəfər saxlanılıb
Bakının Xəzər rayonu ərazisində oğurluq edən üç nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 575 manatlıq oğurluq edilməsi barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı C.Heydərli və 22 yaşlı R.Xələfov müəyyən olunaraq saxlanılıblar.
Polis əməkdaşlarının Xəzər rayonu ərazisində keçirdikləri digər tədbirlərlə isə bir neçə evdən 1 850 manat dəyərində məişət əşyaları, kompüter oğurlamaqda şübhəli bilinən 27 yaşlı A.Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
"Xəzər rayonu" teqi üzrə xəbərlər
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
- Bakının iki rayonunun qaz təchizatında fasilə yaranacaq
- Bakıda avtomobillərə və evlərə qənim kəsilənlər SAXLANILDILAR - Aralarında qadın da var
- 350-dən çox ağac və kolun qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
- Bakıda 57 yaşlı kişi özünü asdı