Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Tehranda cümə imamı məcburi hicab xəbərdarlığı edərkən döyüldü
İranın paytaxtında yarıhərbi radikal "Bəsic" qüvvələrinin geyimində olan cümə imamı insanlara məcburi hicab barədə xəbərdarlıq edərkən döyülüb.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə din xadiminin özü danışıb.
Mollanın sözlərinə görə, hüquq-mühafizə orqanı əməkdaşları ilə birlikdə məcburi hicab qaydalarına riayət etməyən insanların qarşısını kəsib, ancaq sonda yerli sakinlər tərəfindən daş və kərpiclə döyülüb.
Molla insanların ona kəsici alətlərlə də hücum etdiklərini deyib.
"İran" teqi üzrə xəbərlər
Ən çox oxunanlar