Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çin-Azərbaycan strateji tərəfdaşlığı Cənubi Qafqazın inkişafına necə təsir edəcək?
"Azərbaycan və Çin liderlərinin Pekində görüşü və hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında yeni bəyannamə Prezident İlham Əliyevin müdrik siyasətinin təsdiqidir".
Bunu Oxu.Az-a açıqlamasında gürcüstanlı politoloq Giorgi Qoqua deyib.
O bildirib ki, Çin son on ildə Cənubi Qafqaza və Orta Dəhlizə marağını daha da artırıb:
"Bunun əyani təsdiqi Çin konsorsiumunun Gürcüstanda Anaklia Dərin Su Limanının tikintisini həyata keçirmək istəyidir. Aydındır ki, Çin artan siyasi və iqtisadi inkişaf şəraitində maraq dairəsini genişləndirib. Cənubi Qafqaza maraq da bunun göstəricisidir. Çin Qərbin, xüsusən də Amerikanın və Avropanın bu bölgədəki maraqlarına qarşı çox yaxşı alternativdir. Bakı və Pekin arasında hərtərəfli strateji tərəfdaşlıq sənaye və enerji ehtiyatlarının inkişafına da müsbət təsir göstərəcək. Azərbaycan bu əməkdaşlıqdan böyük fayda və xeyir əldə edəcək".
Gürcüstanlı politoloq David Çikelidze də Oxu.Az-a açıqlamasında Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə toxunub:
"İki ölkə arasında viza rejiminin ləğv edilməsi region və Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Pekin və Bakı arasında strateji tərəfdaşlığın dərinləşməsi Cənubi Qafqazda müsbət dəyişikliklərlə yadda qalacaq tarixi məqamdır. Tərəfdaşlığın dərinləşdirilməsi çərçivəsində nəqliyyat və ticarət sahələrinin inkişafına dair də sazişlər imzalanıb. Təbii ki, Qafqaz regionu və ölkələrimiz bundan əlavə siyasi fayda əldə edəcəklər. Çinlə strateji tərəfdaşlıq Cənubi Qafqazda sabitliyə və sülhə töhfə verəcək. Bu saziş həm də regiona öz iqtisadi potensialını tam açmağa imkan verəcək ki, bu da əhalimizin sosial rifahına müsbət təsir göstərəcək".
Mərahim Nəsib
"Çin-Azərbaycan münasibətləri" teqi üzrə xəbərlər
- Lu Mey: "Azərbaycanın işğaldan azad edilən ərazilərini minalardan təmizlənməsini dəstəkləyirik"
- İlham Əliyevin Çin səfəri: Dövlət Protokolunun zirvəsi və tarixi mərasimlər
- Qlobal ticarət müharibəsi Çin-Azərbaycan əməkdaşlığına əlavə töhvələr verəcək
- Ciddi perspektivlər vəd edən geosiyasi hadisə: Azərbaycan-Çin əməkdaşlığının əhəmiyyəti
- Çinin Azərbaycana yeni təyin olunmuş səfiri Bakıya gəlib