İranın paytaxtı Tehran şəhərində tikilməkdə olan metro xəttinin uçqunu zamanı üç nəfər ölüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, insident nəticəsində daha 15 nəfər xəsarət alıb.
Yaralıların altısı xəstəxanalara yerləşdirilib.
Daha bir fəhlənin axtarışları davam etdirilir. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.