Tehranın Şimali Cənnətabad qəsəbəsində yerləşən Məbəs məktəbinin şagirdləri zəhərləniblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, təcili yardım gecikdiyindən zəhərlənən məktəbliləri öz valideynləri xəstəxanaya çatdırıblar.
Məktəbdə daha bir neçə şagirdin də vəziyyəti pisləşib.