İranın paytaxtı Tehranda ABŞ prezidentinə qarşı etiraz xarakterli aksiya keçirilib.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Tehranın Təcriş meydanında ABŞ Prezidenti Donald Trampı canlandıran aktyorun improvizə edilmiş həbsxanada dəmir barmaqlıqlar arxasında saxlanıldığı simvolik installyasiya qurulub.
Reklam lövhəsi formasında hazırlanan qurğuda Tramp obrazındakı aktyor prezidentin xarakterik jest və hərəkətlərini təqlid edib.
Qurğunun üzərində ABŞ-nin İranın Minab şəhərindəki "Şəcərə Tayyibə" məktəbinə və Sirik şəhərindəki toy evinə endirdiyi zərbələri xatırladan yazılar da yerləşdirilib.
Aksiya ABŞ-nin hərəkətlərinə qarşı etirazın simvolik ifadəsi və İranda mülki obyektlərə endirilən zərbələrin xatırladılması məqsədi daşıyıb.