Tehranın cənubunda yaşayış binasında baş verən partlayışla bağlı xəsarət alanların sayında artım qeydə alınıb, bir nəfər isə dağıntılar altında qalaraq ölüb.
Bu barədə Tehran Yanğından Mühafizə İdarəsi yeni məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, 20 isə nəfər yaralanıb.
Hazırda xilasetmə işləri davam etdirilir.
12:12
Tehranda üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.
Məlumata görə, dağıntılar altından 12 nəfər xilas edilib.
“Üçmərtəbəli yaşayış binasının mənzilində qaz sızması nəticəsində baş verən partlayış nəticəsində binanın özü və ona bitişik dörd bina dağılıb. 12 nəfər dağıntılar altından xilas edilib”, - deyə İran paytaxtının Yanğından Mühafizə İdarəsinin rəisi Qodratullah Məhəmmədiyə bildirib.
Qeyd olunur ki, partlayışın baş verdiyi yaşayış binasının dağıntıları altında insanların qalma ehtimalı var.
Mənbə: IRNA