ABŞ-ın “JetBlue” aviaşirkətinə məxsus “Embraer ERJ-190” sərnişin təyyarəsi Baham adalarında qəza enişi edib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, eniş zamanı təyyarənin şassisi açılmayıb.
Təkərləri açılmayan təyyarə hava limanında yerə enərkən alovlanmağa başlayıb.
Yanğınsöndürənlər qısa müddətdə yanğının qarşını alıb.
Göyərtəsində 95 sərnişin və 4 ekipaj üzvünün olduğu təyyarənin Vaşinqton – Nassau marşrutu üzrə uçduğu bildirilir.
İnsident nəticəsində xəsarət olan olmayıb.
Landing gear challenge at LPIA. JetBlue experienced problems with its landing gear. pic.twitter.com/LdYEKYHRs6
— Latrae L. Rahming (@P0sitiveChange) 25 марта 2016 г.