Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Teleaparıcıdan etiraf: "İsrail İranda əməliyyat keçirib və SEPAH zabitləri öldürülüblər"
İranın "Əsr" telekanalının "Meydan" verilişinin aparıcısı Vəhid Xəzzab bildirib ki, ötən ay İsrail qüvvələri İran ərazisində gizli əməliyyat keçirib, bir sıra sənədləri oğurlayıb, bəzi mərkəzlərdə təxribat törədib və iki SEPAH zabitini öldürüblər.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Aparıcı efirdə bu məlumatları yüksəkrütbəli təhlükəsizlik rəsmisi olan dostundan aldığını açıqlayıb.
Onun sözlərinə görə, avqustun 29-da İsfahanda İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı zavodda baş verən partlayış nəticəsində biri polkovnik olmaqla Muxtar Mürşidi və Müctəba Nəzəri adlı iki SEPAH zabiti qətlə yetirilib.
"Hökumət rəsmiləri bu barədə heç bir açıqlama vermirlər və beləliklə kimsənin baş verənlərdən xəbərdar olmasını istəmirlər", - deyə Vəhid Xəzzab əlavə edib.
O, qeyd edib ki, İran hökuməti SEPAH zabitlərinin ölümünə səbəb kimi qaz sızmasını göstəriblər.
"İran" teqi üzrə xəbərlər
- İranda daha bir partlayış: Ölən və yaralananlar var
- İran "Avropa üçlüyü" ilə Romada görüşə razılıq verib
- İran limandakı partlayışın təxribat olduğunu istisna etmir
- İranda yol və şəhər inkişafı nazirinin impiçment proseduru başladılıb
- "Heydərbabaya salam" Şəhriyarın Azərbaycan dilində yazdığı ilk əsər idi