Rusiyanın "Su-30" qırıcı təyyarəsi Kalininqrad vilayətində planlı təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, təyyarə kimsəsiz əraziyə düşüb. Uçuş zamanı təyyarədə döyüş sursatı olmayıb.
Təyyarənin heyəti katapult etməyi bacarıb. Pilotların həyatı üçün təhlükə yoxdur.
Qaynar xətt:
(055) 224 12 12