Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün kraliçanın qəbulunda olacaq. Siyasətçi, protokola uyğun olaraq II Yelizavetadan ümumi seçkilər ərəfəsində parlamenti buraxmağını xahiş edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mey daha öncə 2020-ci ilə qədər Böyük Britaniyada seçkilərin olmayacağını vəd etmişdi, amma daha sonra iyunun 8-də təcili seçkilərin keçirilməsini təklif etdi, parlament bu təklifi dəstəklədi.
Britaniya qanunvericiliyinə müvafiq olaraq, parlament seçkilərə qədər 25 iş günü ərzində buraxılmalıdır. Seçkilər iyunun 8-nə təyin edildiyi üçün müvafiq olaraq parlament bu gecə buraxılır.
N.О.
www.oxu.az