“Əl-Qaidə” terror təşkilatı Suriyada zina ilə günahlandırılan bir qadını edam edib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, orta yaşlı qadın terrorçular tərəfindən küçə ortasında öldürülüb.
Qadının fahişəxana işlətdiyi və zina etdiyi iddia olunub. Edama məhkum edilən qadın terrorçuların zor tətbiq etməsi ilə diz çöküb.
Terrorçular qadının başına tapança dirəyiblər və onu edam ediblər. Görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra hadisə böyük reaksiyaya səbəb olub.
Hətta, İŞİD tərəfdarları belə bu edamın “yersiz” olduğunu bildiriblər.
E.Ə.
www.oxu.az