Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Tesla" yeddiyerlik "Model Y"ın kütləvi istehsalına başlayacaq
Oktyabr ayında Şanxayda (ÇXR) "Tesla" zavodunda "Model Y"ın yeddiyerlik versiyasının istehsalına başlanacaq avtomobil təkcə çinlilər üçün deyil, həm də Avropa bazarı üçün nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə auto.onliner.by məlumat yayıb.
Yeni məhsul elektromobilin standart versiyasından 45 kq ağır olacaq. Yenilənmiş "Model Y" (kod adı "Juniper") gələn ilin əvvəlində nümayiş etdirilməlidir. Yeddiyerlik modifikasiyanın eyni təkmilləşdirmə, yoxsa tamamilə fərqli avtomobil olduğunu hələlik söyləmək mümkün deyil.
Qeyd edək ki, yeddiyerlik "Model Y" yeni deyil. Belə bir avtomobil alıcılara ABŞ bazarında hələ 2021-ci ildə təklif edilmişdi.
"Avto-moto" teqi üzrə xəbərlər
- Akkumulyatorun ömrünü qısaldan YAY SƏHVLƏRİ
- Salonda səssizlik kapot altında taqqıltıya çevrilir: Kondisionerlə başlayan xəta
- Avtomobil xəbərdarlıq etmədən sizi "bişirə" bilər: Gizli funksiya salonu sobaya çevirir
- Avtomobil eksperti: "Maşın özü qərar verəcək ki, nə vaxt yağ dəyişmək lazımdır"
- Artıq hər kəs "Pagani Utopia" superkarını özü yığa bilər