Rusiya Silahlı Qüvvələrinin Ukraynada təslim olmuş 74-cü motoatıcı briqadasının kəşfiyyat tağımı komandiri Konstantin Buyniçevin dindirilməsinin görüntüləri yayılıb.
O, tağımının Belarusdan Ukraynaya hücum etdiyini təsdiqləyib.
Buyniçev əslən Kemerovo vilayətindən olduğunu, hərbi müqaviləsini 2006-cı ildə imzaladığını qeyd edib.
Mənbə: “Unian”
21:09
Rusiyanın 74-cü motoatıcı briqadasının bütöv bir kəşfiyyat tağımı təslim olub.
Bu barədə Ukrayna Baş Qərargah İdarəsi məlumat yayıb.
Məlumata görə, tağım Çerniqov yaxınlığında atışmalar sonrası təslim olmaq qərarına gəlib.
Təslim olanlar arasında kəşfiyyat tağımının komandiri Konstantin Buyniçevin də olduğu bildirilib.
