Rusiya Federasiyasına qarşı təzyiqlər bütün istiqamətlərdə artıb.
Oxu.Az xəbər verir ki, artıq idman dünyası da Rusiyaya qarşı öz mövqeyini nümayiş etdirib.
Bir sıra idman klubları Rusiya ilə əlaqəli şirkətlərlə çalışmaqdan imtina edib, eləcə də bu ölkədə baş tutacağı gözlənilən idman tədbirləri ilə bağlı dəyişikliklər gündəmdədir.
Belə ki, "Formula-1" pilotları Sebastian Fetel və Maks Verstapenin Rusiya Qran-prisinə qatılmayacağı məlum olub. FIA isə təqvimdən Soçi yarışını çıxaracaq.
Həmçinin, “Barselona” basketbol üzrə Avroliqada “Zenit”lə görüş üçün Sankt-Peterburqa getməkdən imtina edib.
Digər bir addım “Şalke” və “Mançester Yunayted” klublarından gəlib. Onlar rus sponsorları ilə müqaviləni pozublar.
Qeyd edək ki, F1 “Haas” komandası “Uralkali” yazısını bütün sosial media hesablarından yığışdırıb.