Texasda hipermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı 19-a çatıb, 40 nəfər isə xəsarət alıb.
Bu barədə “NBC News” yazır.
Bir müddət öncə isə 18 nəfərin öldüyü, 20 nəfərin isə xəsarət aldığı bildirilirdi.
Xatırladaq ki, atışma El-Paso şəhərində “Walmart” mağazasında baş verib. Hadisənin 21 yaşlı Dallas sakini tərəfindən törədildiyi bildirilir.
01:11
ABŞ-ın Texas ştatında ticarət mərkəzinə silahlı hücum nəticəsində onlarla insan ölüb.
Bu barədə TASS ABC-yə istinadən xəbər verir.
Bundan əlavə, ölkə prezidenti Donald Tramp da hadisə ilə bağlı şəxsi “Twitter” səhifəsi vasitəsilə verdiyi açıqlamada say bildirməsə də, ölənlərin olduğunu təsdiqləyib.
ABŞ vitse-prezidenti Mayk Pens də ölülərin olması barəsində məlumat verib.
23:59
ABŞ-ın Texas ştatının El-Paso şəhərində naməlum şəxslər ticarət mərkəzinə gələnlərə atəş açıb.
Oxu.Az “The Hill”ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 18 nəfər xəsarət alıb. Onların vəziyyəti haqqında hələlik dəqiq məlumat yoxdur.
Hadisə “Cielo Vista” adlı ticarət mərkəzində baş verib.
Bildirilir ki, cinayətkar hələlik tutulmayıb. Polis ehtimal edir ki, atəş açanlar bir neçə nəfər olublar.
Hökumət vətəndaşlardan təhlükəli rayonlardan uzaq olmağı, həmçinin polis əməkdaşlarının fəaliyyəti haqqında sosial şəbəkələrdə məlumat yerləşdirməməyi xahiş edir.