Tatarıstanın Buqulminski rayonunda təlim təyyarəsi avtomobil yoluna enib.
RG.ru xəbər verir ki, hadisə Sokolka qəsəbəsi yaxınlığında baş verib.
Təcili enişin səbəbi mühərrikin işləməməsi olub. “Cessna-172”də olan iki nəfər xəsarət almayıb.
Təyyarənin Buquruslan uçuş məktəbinə (Orenburq bölgəsi) aid olduğu bildirilir. Bu hadisədə təhlükəsizlik qanunlarının yerinə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır.
