Braziliyanın qəzaya uğramış “Şapekoense” klubunun sağ qalan altı futbolçusundan biri böyük idmana qayıtmaq istəyir. Oxu.Az Vesti.ru-y istinadla xəbər verir ki, Braziliya komandasının qapıçısı Cek Folmann faciədən sonra ilk məşqinə başlayıb.
Qəzadan sonra idmançının sağ ayağı amputasiya olunub, lakin qapıçı protez ayaqla məşqlərə başlayıb.
Xatırladaq ki, 2016-cı ilin noyabrında “Şopekoense” komandası Kolumbiyanın “Atletiko Nasonal” klubu ilə final oyuna uçarkən təyyarə dağa çırpılıb. Qəzada 71 nəfər həlak olmuş, altı nəfər isə xəsarət almışdı.
N.О.