Surqut-Moskva hava reysi ilə uçan sərnişin təyyarəsini qaçırmaqda ittiham olunan Pavel Şapovalovun anlaqlı və ya anlaqsız olduğunu müəyyən etmək üçün psixoloji-psixiatrik ekspert müayinəsi təyin olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tibbi-ekspert müayinəsi zamanı 41 yaşlı Şapovalovun qanında alkoqol və ya narkotik-psixotrop maddə aşkarlanmayıb.
“Bununla belə, onun təyyarədəki davranışının qeyri-adekvat olmasını və törətdiyi cinayətin ağırlıq dərəcəsini nəzərə alaraq, təqsiriləndirilən şəxs üçün psixoloji-psixiatrik eskpert müayinəsi təyin olunub”, - deyə komitənin bəyanatında deyilir.
:640.jpg)