"Bloomberg Billionaires Index" reytinqinə əsasən, "TikTok" sosial şəbəkəsinin qurucusu Çjan İmin hindistanlı maqnat Qautam Adanini geridə qoyaraq Asiyanın ən varlı insanları siyahısının birinci pilləsinə yüksəlib.
Oxu.Az xəbər verir ki, "ByteDance" şirkətinin rəhbərinin sərvəti bu ay 12 milyard dollar artaraq 105 milyard dolları ötüb.
Bu göstərici "Bloomberg"in onun aktivlərini izləməyə başladığı 2019-cu ilin mart ayından bəri səkkiz dəfə çoxdur. "Omdia" tədqiqat şirkətinin baş analitiki Lyan Sze Sunun sözlərinə görə, süni intellekt sahəsindəki məhsul və xidmətlər, şirkətin məşhur video platformasının uğurundan sonra "ByteDance" üçün daha böyük perspektivlər yaradır.
Asiyanın ən zəngin insanlarının ilk üçlüyünü 81.3 milyard dollarlıq sərvətə malik olan digər bir hindistanlı milyarder Mukeş Ambani tamamlayır. "Bloomberg Billionaires Index"in versiyasına görə, dünyanın ən varlı insanları reytinqində isə liderliyi sərvəti 892 milyard dollara çatan ABŞ-li iş adamı İlon Mask qoruyur.