ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın dövlət katibi vəzifəsinə namizədliyini irəli sürdüyü Amerikanın “ExxonMobil” neft-qaz şirkətinin idarə heyətinin sədri Reks Tillerson dekabrın sonunda istefaya gedir.
Oxu.Az xəbər verir ki, bu barədə “ExxonMobil” şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, baş icraçı direktor və idarə heyətinin sədri vəzifəsini 2017-ci ilin yanvar ayının 1-dən “ExxonMobil” şirkətinin prezidenti Darren Vuds tutacaq.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “ExxonMobil” şirkətinin rəhbəri Reks Tillersonun namizədliyini dövlət katibi vəzifəsinə irəli sürüb. Onun namizədliyi ABŞ Senatı tərəfindən də təsdiqlənib.
N.O.
www.oxu.az