ABŞ xarici işlər naziri Reks Tillerson Türkiyə-Suriya sərhədində qurulacağı və 30 min terrorçu YPG-lidən təşkil oluanacağı iddia edilən “Sərhəd gücü” haqqında önəmli açıqlamalar verib.
Oxu.Az-ın xəbərinə görə, Tillerson ABŞ-ın belə bir niyyətinin olmadığını iddia edib.
O, “ABŞ-ın belə niyyəti yoxdur. Türkiyənin nədən sərt reaksiya verdiyini də yaxşı anlayırıq və onlara bir açıqlama borcumuz var”, - deyib.
Tillerson həmçinin, “ Mövqeyimiz Türkiyə tərəfindən yanlış başa düşüldü və bəzi rəsmi şəxslər də bizə qarşı yanlış ifadələr söylədi”, - deyə qeyd edib.
Kamil HƏMZƏOĞLU
www.oxu.az