“Comedy Club” verilişinin iştirakçısı Timur Batrudinovun ABŞ-a getmək üçün viza müraciətinə mənfi cavab verilib.
Oxu.Az xəbər verir ki, bu barədə artist “Instagram” səhifəsində məlumat paylaşıb.
Batrudinov qeyd edib ki, imtinanın səbəbi ona bəlli deyil. O, ABŞ-da onu gözləyənlərdən üzr istəyib və bu məsələnin tezliklə həll olunacağına inandığını bildirib.