Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tiqran Keosayan Qazaxıstanda arzuolunmaz şəxs elan olundu
Həyat yoldaşı Marqarita Simonyanla (RT telekanalının, “Rossiya Seqodnya” və “Sputnik” agentliklərinin baş redaktoru) birlikdə Kremlin təbliğatının öndə gedən simalarından olan Tiqran Keosayana Qazaxıstanda arzuolunmaz şəxs statusunun verilməsi prosesinə başlanıb.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Aprelin 13-də Qazaxıstan bu il 9 May - Qələbə Günü ilə bağlı parad keçirməyəcəyini açıqlayıb. Bununla əlaqədar olaraq, aprelin 24-də Keosayanın özünün “YouTube” kanalında qazaxıstanlılara “Ukraynaya diqqətlə nəzər salmağı” məsləhət görüb. Ölkə Xarici İşlər Nazirliyi Tiqran Keosayanın bu sözlərini təhqiramiz və qərəzli adlandırıb.
“Həmin gün biz Keosayanın adının ölkəmizə girişi arzuolunmaz olan şəxslərin siyahısına daxil edilməsi prosesinə start verdik. Diplomatik praktikada biz bəzən bundan istifadə edirik”, - Aybek Smadiyarov bildirib.
Mənbə: Kazinform
"Qazax" teqi üzrə xəbərlər
- Qazaxda sinif otağının tavanı ÇÖKÜB: Müəllim və şagirdlər təhlükəsiz yerə köçürülüblər
- Aİ-nin sərhəd avantürası - "Missiya" bu dəfə Qazax və Qubadlı istiqamətinə gəlib
- Qazaxda 19 yaşlı oğlan intihar edib
- Gənc qadın dərman içib özünü bıçaqladı: Qazaxda baş verən hadisənin TƏFƏRRÜATI
- Qazaxda evdə yanğın olub