İki dəfə “Oskar” alan, “Titanik” və “Cəsur ürək” filmlərinin musiqisinin müəllifi 61 yaşlı amerikalı bəstəkar Ceyms Horner aviaqəzada həlak olub, The Hollywood Reporter bildirib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, onların məlumatına əsasən yüngülmotorlu təyyarəni musiqiçi özü idarə edirmiş, o, Santa-Barbaradan 100 km şimalda qəzaya uğrayıb. Bəstəkarın ölümünü onun yardımçısı Silviya Patrisia təsdiqləyib.
“Biz böyük ürəyə və əsrarəngiz istedada malik qeyri-adi bir insanı itirdik, - o, Facebook səhifəsində yazıb. – O, sevdiyi işlə məşğul olduğu an dünyasını dəyişdi. Hamınıza dəstək və sevginizə görə təşəkkür edirəm”.
Hornerin “Titanik” filminə yazdığı musiqisinin yazısı bütün dünyada 27 milyon nüsxədə satılmışdı.